"Azərbaycanda tibb sənayesinin inkişafı koronavirus infeksiyası ilə əlaqədar daha aktual və zəruri xarakter almışdır. Bu sahədə idxaldan asılılığı azaltmaq, öz daxili ehtiyatları hesabına ehtiyacı təmin etmək prioritet məsələlərdən biri idi. Nəzərə alsaq ki, pandemiya hələ də davam edir, o zaman bu cür müəssisələrin açılışının nə dərəcədə vacib olduğu faktı bir daha üzə çıxır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışından iştirak edərkən də bu məsələnin zəruriliyinə toxunuldu: "Qısa zaman kəsiyində Azərbaycanın milli tibb sahəsinin inkişafı və eləcə də pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi yekunudur. Pandemiya ilə mübarizədə Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdən biridir. Məhz bu addımlar nəticəsində vəziyyəti tam nəzarətdə saxlamaq mümkün oldu".
Ş. Həsənova qeyd edib ki, yaranmış vəziyyət bir daha sübut etdi ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır: "Pirallahı adasında biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı olmaqla iki müəssisənin fəaliyyətə başlaması bu sənayenin inkişafına yeni bir təkan verəcək. Eyni zamanda təqdirəlayiq məqam ondan ibarətdir ki, özəl sektor da böyük sosial təşəbbüs göstərərək dövlətin çağırışına cavab verdi və qısa müddət ərzində lazım olan addımlar atıldı. Bu müəssisələrin məhsullarının həm daxili bazarda tanınması, həm də ixrac potensialına malik olması bizə tam əminliklə deməyə əsas verir ki, cənab Prezident tərəfindən irəli sürülmüş sənayeləşmə siyasəti uğurla həyata keçirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB