Aydın Mirzəzadə: “ABŞ hansısa milli azlığın çirkin niyyətlərini ört-basdır etmək istəklərinə dövlət maraqlarını qurban vermək istəmir” - MÖVQE

Aydın Mirzəzadə: “ABŞ hansısa milli azlığın çirkin niyyətlərini ört-basdır etmək istəklərinə dövlət maraqlarını qurban vermək istəmir” - MÖVQE

Hesab edirəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də ermənilərin qondarma soyqırım iddialarına layiqli cavab veriləcək və ermənilər məyus olacaqlar. SİA-ya açıqlamasında bu sözləri millət vəkili Aydın Mirzəzadə ABŞ prezidenti Barak Obamanın 1915-ci il hadisələri ilə bağlı 24 aprel tarixində nəzərdə tutulan çıxışına münasibət birdirərkən söyləyib.

 

Millət vəkili bildirib ki, tarix 1915-ci ildə ermənilərə qarşı soyqırımın törədilməyini, əksinə erməni quldur dəstələrin Osmanlı imperiyasında yaşayan türklərə və digər xalqlara qarşı böyük qırğınlar təşkil etdiyini sübut edir. O, son dövrlərdə tarixi və obyektiv materiallarla erməni yalanlarının ifşa edildiyini dilə gətirib.

 

A.Mirzəzadə vurğulayıb ki, ABŞ üçün əsas olan dövlət maraqlarıdır: "Barak Obamanın seçkiqabağı ritorik bəyanatlarına baxmayaraq keçən ilki çıxış da göstərdi ki, ABŞ-ın milli dövlətçilik maraqları istənilən seçkiqabağı bəyanatlardan üstündür. ABŞ hansısa milli azlığın aqressiv şüarlarına, bununla da özlərinin çirkin niyyətlərini ört-basdır etmək istəklərinə dövlət maraqlarını qurban vermək istəmir. ABŞ-ın dövlət maraqları ilə hansısa prezidentin seçkiqabağı vədləri üst-üstə düşmür".

Bütün xəbərlər Facebook səhifəmizdə