Ə.Əhmədov: “Tədricən digər dövlətlər də “erməni soyqırımı”nın saxta dəlillər üzərində qurulduğunu etiraf edəcəklər”

Ə.Əhmədov: “Tədricən digər dövlətlər də “erməni soyqırımı”nın saxta dəlillər üzərində qurulduğunu etiraf edəcəklər”

Adı qondarma olan soyqırımına münasibət də ona adekvat olmalıdır. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi (YAP) Əli Əhmədov jurnalistlərə açıqlamasında ermənilərin 1915-ci ildə baş verən hadisələri "soyqırımı" kimi təqdim etmək cəhdlərinə münasibət bildirərkən deyib.

"Erməni soyqırımı"nın ermənilər tərəfindən ortaya atılan və əsrin ən böyük fırıldaqlarından biri olduğunu deyən YAP icra katibi təəssüfünü bildirib ki, saxta olmasına baxmayaraq bəzi maraqlı dairələr bugünə qədər bundan istifadə etməyə çalışırlar: "Bundan həm Türkiyəyə, həm də Azərbaycana təzyiq elementi kimi sitifadə etməyə səy göstərirlər. Yeni Azərbaycan Partiyası dünən dəyirmi masa keçirərək növbəti dəfə bu məsələ ilə bağlı öz münasibətini bildirib. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin səyləri erməni saxtakarlığının ifşa edilməsinə yönəlməlidir. Düşünürən ki, dünyanın özü də ermənilərin uydurduğu soyqırımının yalan olduğunu anlamaya başlayıblar. Bir neçə gün bundan əvvəl Fransanın Konstitusiya Məhkəməsi Fransa Senatı tərəfindən qəbul olunmuş absurd bir qərarı ləğv etdi. Bu qərar bir tərəfdən həmin qərarın kifayət qədər absurd olmasının etirafıdırsa, digər tərəfdən bütövlükdə "erməni soyqırımı"nın saxta olduğunu etirafıdır".

Ə.Əhmədov hesab edir ki, tədricən digər dövlətlər də "erməni soyqırımı"nın saxta dəlillər üzərində qurulduğunu etiraf edəcəklər. O. bildirib ki, erməni saxtakarlığının geniş yayılması erməni təcavüzünə ideoloji baza rolunu oynayır: "Dünyanın bu gün müqavimət göstərə biləcəyi bir məsələ varsa, ermənilərin işğalına son qoyması olmalıdır. Saxtakarlıqla həqiqəti qarışdırmaq ermənilərin köhnə peşəsidir. Amma zaman gəlib çatıb ki, saxtakarlıq və həqiqəti bir-birindən ayrılsın".

Bütün xəbərlər Facebook səhifəmizdə