"Ermənilər daima faşizmə xidmət edib. Müharibə illərində hamı faşizmə qarşı mübarizəyə səfərbər olunduğu halda Nijde Qarigenin təşkil etdiyi erməni legionu Hitlerin faşist siyasətinə xidmət edirdi və deyirdi ki, kim faşistlərə xidmət edirsə elə bil ki, ermənilərə xidməti hesab olunur". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Sarkiyanın Nijdeyə İrəvanın mərkəzində abidə ucaltması və bu gün Nikol Paşinyanın onu fəxarətlə ifadəsi ermənilərin faşizmi qəhrəmanlaşdırılması deməkdir: "Bu siyasət ermənilərin genindədir. Erməni faşizminin son təzahüri torpaqlarımızı işğal etməklə 1 milyon həmyerlimizin öz doğma torpaqlarında qaçqın, köçkün salınmasında göstərdi. Heç bir insanlıq çərçivəsinə sığmayan Xocalı qətliamı erməni faşizminin davamı idi. Əslində Nikol Paşinyanın babasının da faşist olduğunun etirafında qeyri bir adiliyi görmürəm. Çünki, Paşinyandan əvvəlki erməni rəhbərləri də eyni siyasətin icraçıları olmuşlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllindən yayınmasına, Nikol Paşinyanın hərəkətlərinə bir daha faşizmdən ayrı bir ad qoymaq mümkün deyil. Ermənilərdən başqa bir hərəkət gözləməyi də doğru hesab etmirəm. Çünki onlar öz babalarıının yolunu davam etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB