Sabir Rüstəmxanlı: " “Ümid” partiyasının işini Azərbaycan Vətəndaş Həmrəyliyi partiyasının işi ilə heç vaxt müqayisə etmək olmaz"

Sabir Rüstəmxanlı: " “Ümid” partiyasının işini Azərbaycan Vətəndaş Həmrəyliyi partiyasının işi ilə heç vaxt müqayisə etmək olmaz"

"Ümid" partiyasının Azərbaycan müxalifətindəki ilk fəaliyyətini Azərbaycan Vətəndaş Həmrəyliyi partiyasının işi ilə heç vaxt müqayisə etmək olmaz. Bu sözləri SİA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair növbəti illik hesabatında ötən il keçirilən seçkilərdə Azərbaycan müxalifətindən yeganə müxalifət təmsilçisinin "Ümid" Partiyasının sədri İqbal Ağazadə olduğunu ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

 

O, qeyd edib ki, hesabatda yer alan xəbər illər boyu müxalifət partiyasında fəaliyyət göstərən şəxslərə qarşı hörmətsizlikdir: "Bilirsiniz, bunu mən heç bir qısqanclıq olmadan deyirəm. "Ümid" partiyası Azərbaycan siyasi səhnəsinə sonradan gələn bir partiyadır. İqbal Ağazadə gənc və istedadlı siyasətçilərimizdən biridir. Amma güman edirəm ki, bu sıralarında 20 min nəfərə yaxın üzvü olan bütövlükdə 65-dən çox rayonda özəyi olan sədrlik etdiyim partiya və 20 ilə yaxın mənim parlament fəaliyyətim yazılsa, 2 minə yaxın səhifədir, bu hal 20 illik millət vəkili olmağıma qarşı hörmətsizlikdir. Bunlar bizə qarşı həqarətdir".

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair növbəti illik hesabatında ötən il keçirilən seçkilərdə Azərbaycan müxalifətindən bir nəfər mandat alaraq parlamentə daxil olması yer alıb. ABŞ-ın Azərbaycandakı səfirliyi isə departamentin hesabatında qeyd olunan yeganə müxalifət təmsilçisinin Ümid Partiyasının sədri İqbal Ağazadə olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə