Qarsda keçirilən tədbirdə Ümummilli Liderin Azərbaycanın inkişafındakı xidmətləri sadalanıb

Qarsda keçirilən tədbirdə Ümummilli Liderin Azərbaycanın inkişafındakı xidmətləri sadalanıb
Azərbaycanın xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi anadan olmasının 97-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərində keçirilən tədbirdə ehtiramla yad olunub. SİA xəbər verir ki, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşları bu şəhərdə yerləşən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin buradakı abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra baş konsul Nuru Quliyev yerli KİV-lərə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu barədə məlumat verib. Dahi şəxsiyyətin xalqımızın dövlətçilik tarixində və ölkənin tərəqqisi yolundakı misilsiz xidmətlərindən ətraflı bəhs edən baş konsul diqqətə çatdırıb ki, Ümummilli Lider müstəqilliyimizin bərpasından sonrakı siyasi hakimiyyəti dövründə Azərbaycanın suverenliyi və güclənməsi istiqamətində göstərdiyi səylərlə qardaş Türkiyənin də çoxistiqamətli inkişafına əsaslı zəmin yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə