"O, çətin günlərin adamı idi". Bunu SİA-ya açıqlamasında Türkiyənin Iğdır şəhərində nəşr olunan Yeşil Iğdır qəzetinin sahibi və baş redaktoru Cabbar Şıktaş deyib.
Qəzet baş redaktoru bildirib ki, Ümummilli lider Heydər Əliyevi xatırlayanda onu təqdim etmək üçün məhz "çətin günlərin adamı" ifadəsindən istifadə edir. Çünki Cabbar Şıktaşın sözlərinə görə jurnalist Ulu öndəri ilk tanıdığı günlərdə onun əzmlə, çətinliklərə sinə gərərək çalışdığını görüb: "Nəhəng SSRİ dağılmağa başlamışdı, Qızıl Ordu Bakıda qətliam törətmiş, buna etiraz edən Heydər Əliyev vəzifəsindən istefa vermişdi.
Dünyanın yarısına hökm edən bir imperiyanın ikinci şəxsi tutduğu vəzifədən istefa edib doğulduğu Naxçıvana geri dönmüşdü. Ulu Öndər Heydər Əliyev evində oturub Naxçıvanın və bütövlükdə Azərbaycanın gələcəyi ilə bağlı düşünəndə mən 1991-ci ildə Naxçıvan küçələrində onun adını eşidib bir an əvvəlcə onunla tanış olmağa can atmışdım. Naxçıvan Azadlıq Meydanı ağzına kimi insanla dolu idi. Naxçıvanlılar Heydər Əliyevin Ali Məclisin sədri olmasını istəyirdilər. O, Ali Meclis sədrliyini xalqın küçələrə çıxmasından sonra qəbul etmişdi. Halbuki SSRİ kimi böyük bir imperiyanın ikinci şəxsi olmaqdan imtina edib, ülvi bir vəzifə kimi qəbul etdiyi Ali Məclis sədrliyinə "hə" demişdi. Naxçıvan çox çətin günlərini yaşayırdı. Mühasirə altında olan Naxçıvan Muxtar Respublikasında hələ ki, İranla münasibətlər yox deyilə biləcək qədər az idi, Türkiyə ilə sərhəd isə hələ ki, açılmamışdı. Dərhal qollarını çırmalayaraq işə başlayan Ulu öndər uzaqgörən strategiyalar müəyyən edərək HƏSRƏT körpüsünün açılmasına nail oldu. Naxçıvanın dünyaya inteqrasiya etməsi yolunda durmadan səy göstərdi.
Ruslar Naxçıvandan çıxanda onlara imkan vermədi ki, silah sürsatlarını özləri ilə aparsınlar. İlk Milli Ordunu Naxçıvanda yaratdı. Həm millətin həyatda qalmasına çalışır, həm də dövlət idarəçiliyini sürətli bir şəkildə tamamlamaq əlindən gələni əsirgəmirdi.
Qısa müddətdə xalqın problemlərini həll etmək üçün həm lahiyələr həyata keçirir, eyni zamanda da ermənilərin tez- tez hücum etdiyi Sədərək bölgəsində gedən döyüşlərə də nəzarət edirdi. Strategiyanı çox mükəmməl bilən Heydər Əliyev güclü yaddaşa və dəmir iradəyə malik idi. Məni Sədərək bölgəsinə şəxsən özü əlyazması ilə göndərmişdi. Dünyaya vermək istədiyi mesajları məhz mənim vasitəsi ilə dünya ictimaiyyətinə çatdıraraq dünyanın diqqətini Qarabağa yönəldirdi. Ümummilli lider Heydər Əliyevi mən rahatlıq içində olanda tanımadım. O, ümumiyyətlə həyatının qalan hissəsini Azərbaycana qurban demişdi, rahatlıq nədir bilmirdi. O dövrdə onunla tanış oldum və əlini öpdüm. Yəni məşəqqətlər, sıxıntılar, savaşlar və yoxsulluq ön planda idi o dövrlər.
Sonra Ulu öndər Bakıya getdi və Azərbaycan onun sayəsində bugünkü inkişaf perspektivini yaxaladı. Bu günkü Azərbaycanın özülü o zaman sağlam atılmamış olsaydı, hazırda regionda lider ölkə olan Azərbaycan mövcud olmayacaqdı. Sağlam özüllər üzərində inşa edilən ölkə hazırda da əmin əllərdədir. Ölkə başçısı və onun uğurlu komandası hazırda Onun ən böyük mirası olan Azərbaycanı gözbəbəkləri kimi qoruyur və inkişaf etdirirlər. Ümummilli liderim, ad günün mübarək olsun!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB