Ümummilli lider Heydər Əliyevin xatirəsi Həştərxanda da yad edilib
Rusiya Federasiyasının Həştərxan vilayətində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib. Həştərxan Vilayəti Hökumətinin sədri A.Şarıkin, Həştərxan Şəhər Administrasiyasının rəhbəri M.Permyakova, İqtisadiyyat, Təbii Sərvətlər və Nəqliyyat naziri D.Afanasev, Xarici Əlaqələr Agentliyinin rəhbəri V.Qalovkov, Azərbaycan diasporunun rəhbərliyi və fəal üzvləri, Azərbaycan İş Mərkəzinin kollektivi, AMOR-un Həştərxan bölməsinin üzvləri Ulu Öndərin abidəsinin önünə gül dəstələri qoyub, xatirəsini anıblar. SİA-nın verdiyi məlumata görə, həmçinin ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin həyat və fəaliyyətindən, iki xalq və dövlət arasında dostluq münasibətlərinin möhkəmlənməsi və inkişafında əvəzsiz rolundan danışılıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında sıx işgüzar və dostluq əlaqələri mövcuddur. Belə ki, sosial və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir çox layihələr həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB