Qərb və aran bölgələrində fermerlər su qıtlığından əziyyət çəkir

Qərb və aran bölgələrində fermerlər su qıtlığından əziyyət çəkir

Samux rayonunda Kənd Təsərrüfatı Nazirliyinin bir qrup mütəxəssisi ilə fermerlər arasında görüş keçirilib. Samux rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, tədbirdə fermerləri maraqlandıran suallara aydınlıq gətirilib, üzləşdikləri çətinliklərin həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.

Bəlli olub ki, bu gün qərb və aran bölgələrində çalışan fermerlər əsasən su qıtlığından əziyyət çəkir. Vaxtında suvarılmayan ərazilərdə məhsuldarlıq aşağı düşüb. Analoji tədbirlərin ölkənin digər regionlarında da təşkili nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə