Abel Məhərrəmov: “Artıq müəllimlər müəyyən yaşdan sonra təqaüdə getməli olacaqlar”
Prezidentin dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncamı çoxşaxəli olacaq. Bu barədə SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, hazırda bu istiqamətdə hazırlıq işləri gedir. Bu konsepsiyanın hazırlanması üzərində böyük bir komissiyanın işləyəcəyini deyən rektor vurğulayıb ki, ümumi fikirlər müəyyən bir mərhələdə həyata keçiriləcək. Onun sözlərinə görə, bu, bir çox cəhətdən müəllimlərin maaşların artırılmasına, təqaüdə gedərkən onların sosial vəziyyətini yaxşılaşdırılmasına təkan verəcək.
A.Məhərrəmov qeyd edib ki, bu gün ali təhsil müəssisələrində çalışan professorları təqaüdə göndərərkən onlar 150-200 manat arasında təqaüd alacaqlar: "Ona görə onların çoxunun yaşları 80-ni keçsə də onları təqaüdə göndərə bilmirik. Burada sosial ədalət pozulur. 600-700 manat əmək haqqı alan adam birdən-birə 150-200 manat alırsa, bunun vəziyyəti yaxşı olmur. Yaşlı adamlardır, onların dərmana, müalicəyə ehtiyacı, ailəsini saxlamaq problemləri var. Prezidentin bu sərəncamı bütün Azərbaycan ziyalıları tərəfindən çox hörmətlə rəğbətlə qarşılanıb. Belə olan halda yeni qaydalara əsasən müəllimlərin bundan sonra müəyyən yaş senzi olacaq. Yəni, müəyyən yaşdan sonra müəllimlər təqaüdə getməli olacaq. Ancaq müstəsna hallar da ola bilər. Belə ki, yaradıcı müəllimlərlə müqavilə bağlayıb onların fəaliyyətini bir neçə il də artırmaq olar. Müəyyən yaş senzi bundan sonra gözlənilir. Müəllimlərin sosial vəziyyətini yaxşılaşdırdıqdan sonra yaş senzinin heç bir qorxu və narahatçılıq yoxdur. Müəllimlərin ilk öncə yaşı, sonra isə onun əmək fəaliyyəti nəzərdə tutulur. Müəllimlərin yaş senzi təxminən 65-70 yaş müəyyən edilə bilər. İnanıram ki, cənab prezident elə sərəncam verəcək ki, müəyyən yaş səviyyəsinin olmasına baxmayaraq, yaşlı vaxtında çox yaxşı fəaliyyət göstərən müəllimlərlə ilbəil müqavilə bağlamaq mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB