Türkiyə-Ermənistan sərhədi 18 ildir bağlıdır, ancaq 80 il də bağlı qala bilər. Bizim istədiyimiz ədalətdir, işğal olunan torpaqların azad olunmasıdır". SİA-nın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc deyib. Səfir bildirib ki, dünya dövlətləri bölgədəki ədalətsizliyi görməməzlikdən gəlir. Belə ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT-nin 4 qətnaməsi var və bunlar da hələ də yerinə yetirilməyib: "Bu gün Türkiyəyə təzyiq edənlər, "sərhədi aç" deyərək təzyiq edənlər bu qətnamələri görmürlərmi? Türkiyə Azərbaycan torpaqlarının işğal olunması səbəbindən sərhədlərini bağlayıb. Əvvəlcə bu səbəb aradan qaldırılmalıdır. İşğal aradan qalxmayınca, sərhədlər açılmayacaq. Türk qardaşları daim Azərbaycanın yanında olacaq. Biz gücümüzü birləşdirməliyik. Aramızda hər hansı problem olarsa da oturub səmimi şəkildə danışıb, həll etməliyik. Qardaşlar arasında problem ola bilər və onlar danışılaraq həll olunmalıdır".
Səfir eyni zamanda Amerika prezidentinin ənənəvi 24 aprel çıxışı zamanı "soyqırımı" sözünü işlətməsini gözləmədiyini vurğulayıb: "Çünki Amerika prezidenti çox ağıllı insandır. Barak Obama yalanlara əhəmiyyət verməyəcək. Həmçinin ABŞ Türkiyəni itirərsə, Azərbaycanı da itirmiş olacaq. Vaşinqtonun bunu bilməsi lazımdır. Ona görə də bizim bir olmağımız lazımdır".
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc ölkəsinin Ermənistandakı "Metsomor" AES-lə bağlı Azərbaycanın mövqeyini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualı da cavablandırıb. O, Türkiyənin indiyədək Azərbaycanı hər məsələdə dəstəklədiyini, bundan sonra da dəstəkləyəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB