Azərbaycan Belarusun Avronestdə iştirakının tam təmin edilməsinə dəstəyini bəyan edib
3 may tarixində Brüsseldə Avropa İttifaqı "Şərq tərəfdaşlığı" proqramının Parlament Assambleyasının (Avronest) yaradılması ilə bağlı imzalanma mərasimi keçiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Belarus Avronestin ilk iclasında iştirak etməyəcək. Bu barədə Azərbaycanın Avronestdəki nümayəndə heyətinin rəhbəri, millət vəkili Əli Hüseynov Belarusda jurnalistlərə açıqlamasında bildirib: "Bildiyim qədərilə, Belarus məsələsi nizamnamə sənədlərində də yer almayıb, çünki yeni nizamnaməyə görə, Avronestdə yalnız o ölkə iştirak edə bilər ki, oradakı seçkilər ATƏT standartlarına uyğun keçirilmiş olsun. Belə ki, ATƏT ölkədə axırıncı dəfə baş tutmuş prezident seçkilərini tanımayıb və ona görə də avtomatik olaraq Avronestdə iştirak etmək hüququnu itirir".
Əli Hüseynov qeyd edib ki, Avronestin işini Belarusun iştirakı olmadan başlamaq qərarını Avropa Parlamenti təkbaşına, tərəfdaş ölkələrin, o cümlədən Azərbaycan parlamentarilərinin fikrini nəzərə almadan verib
Bundan başqa Azərbaycan 6 tərəfdaş ölkələri Belarusun Avronestdə tamhüquqlu iştirakına təkid etməyə çağırıb. Əli Hüseynovun da dediyi kimi, Praqada keçirilən sammitdə belə bir qərar qəbul edilib ki, bütün 6 tərəfdaş ölkələr Avronestdə bərabərhüquqlu, heç bir şərt olmadan iştirak edəcəklər.
Bununla əlaqədar Əli Hüseynov Avropa parlamentarilərinin Belarusun xüsusi şərtlər daxilində-tərkibinə vətəndaş cəmiyyəti və siyasi müxalifətin nümayəndələrinin yer alması ilə nümayəndə heyətinin qeydiyyatdan keçirilməsi ilə bağlı təklifinə təəccüb etdiyin bildirib: "Parlamet Assambleyasında xalq tərəfindən seçilmiş insanlar işləməlidir. Hansı ki onlar parlamenti dövlətin orqanı kimi təmsil edirlər".
Avropa Parlamentinin Belarusun Avronestdə iştirakını rədd etməsi ilə bağlı qərarı ilə Azərbaycan tərəfi qəti razı deyil. Əli Hüseynovun sözlərinə görə, prezident seçkiləri heç bir halda Avronestin iştirakçılarına təsir edə bilməz. Belə ki, bu strukturda 2010-cu ildə keçirilmiş prezident seçkilərindən çox qabaq seçilmiş parlamentarilər işləyəcəklər.
Bir müddət bundan öncə 6 tərəfdaş ölkələrin parlament spikerləri Avropa Parlamentinə Belarusun Avronestdə bərabərhüquqlu iştirakı ilə bağlı məktub göndərmişdilər: "Biz orada sərgilənmiş mövqeyimizdən keçməməliyik. Çünki Avronest iki hissədən ibarətdir: Avropa Parlamenti və 6 tərəfdaş ölkələrin parlament nümayəndə heyəti. Burada üstünlüklər yoxdur, hər kəs bərabərdir".
Öz növbəsində Belarus tərəfi Azərbaycana bu məsələdə dəstəyi üçün minnətdarlığını bildirib. Nümayəndələr Palatasının sədr müavini Viktor Quminski Azərbaycan parlamentinə konstruktiv və ölçülmüş mövqeyi üçün təşəkkür edib və qeyd edib ki, hər iki ölkə parlamentləri arasındakı bu razılıq eyni zamanda iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsir edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB