"Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir" RƏY-ÖZƏL

"Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir" RƏY-ÖZƏL

"Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında növbəti dəfə 2018-ci ildən bəri Qarabağ danışıqlarında mövqeyinin dəyişmədiyini və mərhələli həll plana uyğun danışıqlarda maraqlı olmadığını vurğulayıb. Qeyd edim ki, Paşinyanın əsas məqsədi separatçıları danışıqlar masasına gətirməkdir və o bu təklifi yenidən gündəmə gətirməyə çalışır". Bu fikirləri SİA-ya açıqlmasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Paşinyanın paralmentdə bu açıqlaması birbaşa Rusiyaya meydan oxumaqdır: "Ermənistanda qatı anti-Rusiya isterikası Baş nazir səviyyəsində aparılır. Amma, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici idarəsi kimi özünü xarakterizə edir. Əsasən Lavrov Ermənistanı qorumaqla məşğuldur və dəstəyi hər gün artırır".

Ermənistanın daxilində siyasi vəziyyətin mürəkkəbləşdiyini deyən politoloq söyləyib ki, Paşinyanın Qarabağ danışıqlarında mövqeyi getdikcə zəifləyir: "Paşinyan demək olar ki, o öz hakimiyyətini qorumaqla məşğul olacaq və bundan sonra onun Qarabağla bağlı mövqeyində real dəyişiklilərə getməyi gözlənilmir".

M. Əsədullazadə qeyd edib ki, Azərbaycan hərbi cəhətdən işğalçı ölkəyə preventiv zərbələr endirməlidir: "Danışıqların aparılması vaxt itkisidir və Minsk qrupunun fəaliyyətində yeni bir yanaşma yoxdur. Rusiya tərəfi Paşinyanın Ermənistanda davam etdirdiyi siyasi proseslərə dözümsüzlük göstərir. Ona görədə Paşinyanın cəzalanmasında Rusiya da maraqlıdır. Yeni konfedensial danışıqlar var. Bu danışıqlar təbii ki, Ermənistanla aparılmır. Azərbaycanın son günlər hərbi təlimləri, generalların təmas xəttinə səfərləri yeni ciddi bir prosesdən xəbər verir. Vəziyyəti gözləyək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə