Kamran İmanov: “Erməniləri öz dili və üsulları ilə ifşa etməliyik”
Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı bazamızda 8200-ə yaxın əsərlər qeydiyyatdan keçib. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.
Qeydiyyatdan keçən əsərlərin müxtəlif yönümdə olduğunu deyən K. İmanov: "Qeydiyyatdan keçən əsərlərə daha çox önəm veririk, çünki həmin əsərlərə dövlət tərəfindən dəstək verilir. Bununla yanaşı, müəllif hüquqlarının pozulması ilə bağlı olaraq isə ay ərzində 17-20 müraciət daxil olub. Bu şikayətlərin aradan qaldırılmasını inzibati yollarla həll etməyə çalışırıq. Bu halın həll edilməsi mümkün olmadıqda müraciət edənlərin razılığı əsasında iddia ərizəsi hazırlanır və məhkəmədə bizim təyin etdiyimiz vəkillər tərəfindən onların maraqları müdafiə edilir",- deyə əlavə edib.
Erməni plagiatlığı məsələsinə münasibət bildirən Müəllif Hüquqları Agentliyinin sədri vurğulayıb ki, 200 ildən artıqdır ki, bu hal mövcuddur: "Bu zaman çərçivəsində onlar bizim dastanlarımızı, musiqimizi, milli mətbəximizi və digər sahələrimizi mənimsəməyə çalışıblar. Bununla yanaşı, ermənilər iddia edirdilər ki, guya "Dədə Qorqud" dastanının bəzi boylarının, Möminə Xatun türbəsinin tikilişi, həmçinin Bakının yaranması belə ermənilər tərəfindən həyata keçirilib. Bütün bu olanlara qarşı isə prezident İlham Əliyevin dediyi kimi, hücum mövqeyindən istifadə etməliyik. Bununla da erməniləri öz dili və üsulları ilə ifşa etməliyik".
Erməni plagiatlığının qarşısını almaq üçün bir sıra tədbirlərin həyata keçirildiyini bildirən K. İmanov vurğulayıb ki, rus və Azərbaycan dillərində "Erməni yadelli nağıllar" adlı kitablar çap etdirmişik: "Bu kimi kitablarımız isə daha sonra müvafiq təşkilatlara çatdırılır. Düşünürəm ki, bütün bunlara baxmayaraq ermənilərin oğurluğu olub, olur və bundan sonra da olacaq. Bunun da öz səbəbləri var, çünki hansısa xalq mifik xülyalarla yaşayırsa, o zaman digər dövlətlərin istər maddi, istərsə də qeyri- maddi irslərini mənimsəməyə çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB