"O zaman hakimiyyətdə olan qüvvələrin mübarizəsi Şuşanın işğalına şərait yaratdı" Əli Hüseynli
“Şuşanın işğalına hüquqi qiymət verilib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi də olub”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılan məsələlərə də qiymət verilib: “O zaman hakimiyyətdə olan və hakimiyyətə iddialı olan qüvvələrin mübarizəsi nəticəsində yaranan şərait həm də Şuşanın işğalı üçün bir şərait idi. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz”.
Ə. Hüseynli qeyd edib ki, Şuşa Ermənistan tərəfindən işğal olunub: “Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB