"Azərbaycanın dünyada nüfuzu yüksək səviyyədə dəyərləndirilir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın dünyada nüfuzu yüksək səviyyədə dəyərləndirilir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə biz görürük ki, cənab Prezidentimiz dünyamiqyaslı siyasətçi olaraq bir çox beynəlxalq təşkilatlar ölkə başçısının çağırışına dəstək verdi və Azərbaycanın təşəbbüsü ilə bu gün artıq bir çox layihələr məhz koronovirus (COVİD-19) pandemiyası dövründə gerçəkləşdi. Beləki Türk Şurasının Zirvə toplantısı, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün gerçəkləşməsi və bu toplantılarda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmilərinin iştirakı və Azərbaycanın nümunəvi, dünyəvi dövlət olaraq nümunə göstərilməsi deyilənlərin əyani sübutudur". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

İdarə rəisinin sözlərinə görə, bu gün Azərbaycanın həm regional, həm qitəmiqyaslı, həm də dünyəvi dövlətlərin pandemiya ilə mübarizədə birgə olması, vahid cəbhədən çıxış etməsi, dünyada bu mübarizəyə birgə səylər nəticəsində çıxış yollarını axtarıb taparaq təkliflərinin verilməsi gerçəkləşməkdədir: "Biz dünya mətbuatının səhifələrindən də Azərbaycan Prezidentinin təşəbbüsü gerçəkləşdirərək online (onlayn) konfranslarının əhəmiyyəti, onların mahiyyəti haqqında əyani sübutu görürük. Bu təkcə konfranslar vasitəsilə deyil, həm də əməli məqamlarda da Azərbaycan öz təkliflərini sübut etmiş olur. Beləki ÜST-ə maliyyə yardımlarının artıq iki dəfə ayrılması, Azərbaycana müraciət edən dövlətlərə tibbi ləvazimatlarla dəstəyin və yardımın edilməsi məhz dünyanın birləşməsi üçün atılmış böyük bir addımdır. Azərbaycanın dünyada nüfuzu yüksək səviyyədə dəyərləndirilir və COVİD-19-la mübarizə dövründə də biz bunu bir daha gördük. Əminliklə deyə bilərik ki, pandemiya ilə mübarizə bitdikdən sonra Azərbaycana dünya dövlətlərinin, dünya birliyinin münasibətində yeni bir səhifə açılacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə