"Azərbaycanın magistral yollarında işğal edilmiş torpaqlarımızla bağlı xəritə asılsın" TƏKLİF
“Azərbaycan dövləti istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür. Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Məlahət İbrahımqızı parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb.
Onun sözlərinə görə, hətta bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib: “Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB