"Hər kəs izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməlidir" Komitə sədri

"Hər kəs izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməlidir" Komitə sədri

“Koronavirus pandemiyasının ölkəmizdə ikinci dalğasının yaranmasının yolverilməzliyi ilə bağlı ölkə başçısının çağırışına mən də qoşuluram”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin plenar iclasında çıxış edərkən deyib.

Ötən gün Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın ilk modul tipli xəstəxananın açılışında iştirak etdiyini xatırladan komitə sədri söyləyib ki, hər kəs izolyasiya tədbirlərinə ciddi şəkildə əməl etməlidir.

"Bu gün kiminsə koronavirusdan ölməsində hər birimizin məsuliyyəti var. Düşünürəm ki, biz Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşərək İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər etməliyik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə