“Şuşanın işğalı Ermənistanın hərbi təcavüzünün növbəti mərhələsidir” Sahibə Qafarova
@Bizim bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir. Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib: "Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınan 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB