"Azərbaycanın nüfuzu günü-gündən artır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanın nüfuzu günü-gündən artır" ÖZƏL-MÜNASİBƏT

Bakıda modul tipli ilk xəstəxana kompleksi açılışında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, sözü ilə əməli vəhdət təşkil edən, ləyaqətli ölkədir.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Azər Badamov bunları deyib: "Azərbaycan ölkə daxilində pandemiya ilə effektiv mübarizə aparır, ÜST Azərbaycanın uğurlu mübarizəsini dünyaya nümunə göstərir. Həm də Azərbaycan qlobal səviyyədə bu mübarizəyə qoşulub dünya ölkələrini həmrəyliyə dəvət edir.

Ölkəmiz dünyanın gündəliyində dayanan 1 nömrəli problemin həlli üçün beynəlxalq təşkilatları videokonfransa dəvət edən ilk ölkədir. Azətrbaycan ÜST-ə 5 milyon ianə edən birincilərin sırasındadır. Həm də Qoşulmama Hərəkatına üzvü olan imkansız ölkələrə yardım üçün 5 milyon əlavə ianə edən ölkədir. Həm də 10-dan çox yardıma ehtiyacı olan ölkəyə təyyarə ilə yardımlar göndərmişik. Dünyada böyük iqtisadiyyatları olan əksər ölkələr təşəbbüslərlə çıxış etdiyi halda onların təşəbbüsləri söz olaraq qalmaqdadır. Amma Azərbaycan çoxlarından fərqli olaraq sözü ilə əməli düz gələn ölkədir. Cənab Prezidentin ifadə etdiyi kimi həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Biz, düz və ləyaqətli ölkə olduğumuza görə də dünyada Azərbaycana böyük hörmətlə yanaşılır, Azərbaycanın nüfuzu günü-gündən artır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə