"Erməni quyruğu" deputat Karo Paylan qardaş Türkiyəyə meydan oxumaqdadır - ANALİTİK

"Erməni quyruğu" deputat Karo Paylan qardaş Türkiyəyə meydan oxumaqdadır - ANALİTİK

"Erməni quyruğu" deputat Karo Paylan qardaş Türkiyəyə və şəxsən cənab Ərdoğana meydan oxumaqdadır. Dəfələrlə düşmən niyyətlərlə İrəvana və hətta uydurma "DQR"-ə gedib-gəldiyi kifayət deyilmiş kimi bir az da irəli gedir”. SİA-nın məlumatına görə bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, 2013-cü ilin martından qardaş ölkənin daxili siyasətində əsasən ziyanlı rol oynamış bədnam "kürd açılımı" layihəsinin açdığı imkanlar hesabına "HDP-dən" Böyük Millət Məclisinə deputat seçilib. Bu layihənin bəyan edildiyi həmin gün Əskişəhərdə idim və xəbəri həqiqətən şok içində qarşıladım, "bu layihəni qardaş ölkəyə kim sırıdı"-deyə soruşdum. Bu ilan əlavə olaraq böyük bir zəhər tuluğu ilə də təmin edildi. Uydurma "erməni genosidinin" açıq və həyasız təbliğatçılarından biridir”.

A.Quliyev vurğulayıb ki, indi Ərdoğanın özünə də zərbələr vurmağa başlayıb: Cümhur başqanı bu günlərdə deyib ki,"qılıncımızın altından səyirdib çıxan terrorçulara da aman verilməyəcəyik". “Qılıncımızın altından səyirdib çıxanlar"ifadəsi işlətməyin,bu ifadə 1915-ci ildə qılıncınızın altından səyirdib çıxan erməniləri xatırladır". “Bu isə həmin " erməni quyruğunun" cənab Ərdoğana cavabıdır. 2013-cü ildə bu şeyləri sanki öncədən görürdüm”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə