Təhsil naziri: “Qanunsuz şəkildə tələbə adını qazananların gələcək taleyinə cavabdeh deyiləm” - MÖVQE
Təhsil Nazirliyinin Azərbaycan Beynəlxalq Universitetində apardığı yoxlamalar göstərib ki, 3 min şəxs qanunsuz yollarla tələbə adı qazanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə şəhərində olan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov deyib.
Nazir qeyd edib ki, qanunu şəkildə sözügedən ali məktəbdə oxuyan tələbələr başqa universitetlərdə yerləşdirilib. O, vurğulayıb ki, Azərbaycanın ali məktəblərində oxumaq üçün yalnız Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından keçməsinin vacibliyini dəfələrlə dilə gətirib: "Başqa yollar qanunsuzdur və cinayətdir. Mən bu yoldan istifadə edib tələbə adını qazananların gələcək taleyinə cavabdeh deyiləm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB