Rüb ərzində Apple şirkətinin mənfəəti iki dəfəyədək artıb

Rüb ərzində Apple şirkətinin mənfəəti iki dəfəyədək artıb
ABŞ-ın personal kompüter və smartfon istehsalçısı Apple şirkətinin cari ilin ikinci maliyyə rübü ərzində təmiz mənfəəti əsasən iPhone smartfonlarına olan böyük tələbat sayəsində bütün proqnozları geridə qoyub. SİA-nın məlumatına görə, 2011-ci ilin ilk üç ayı ərzində Apple-ın təmiz gəliri ötən ilin həmin dövründə əldə olunan 3,07 milyard ABŞ dollarına qarşı 95 faiz artaraq 5,99 milyard dollar və ya 2010-cu ilin yanvar-mart aylarında bir səhm üzrə nümayiş etdirilən 3,33 dollara qarşı 6,4 dollar təşkil edib.
2010-2011 maliyyə ilinin ikinci rübündə şirkətin ümumi mədaxili bir il bundan qabaqkı hesabat dövrünün göstəricisinə ($13,5 milyard) nisbətən 83 faiz artaraq 24,67 milyard dollar olub.
Apple-ın nümayiş etdirdiyi yüksək nəticələrin əsas faktorlarından biri iPhone smartfonlarının uğurlu satışıdır. Belə ki, rüb ərzində iPhone-nun satış həcmi 18,65 milyon ədəd təşkil edib, bu isə bir il əvvəlki göstəricidən 113 faiz artıqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə