“Cəmil Həsənli namərdliyin, ikiüzlülüyün əsasnaməsini, kodeksini yazacaq adamdır” MÜSAHİBƏ
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim Əli Kərimli hər dəfə iddia edir ki, guya onun internetini kəsirlər, telefonla danışıqlarına müəyyən məhdudiyyətlər qoyulur. Bu kimi iddialar növbəti şou yaratmağa hesablandığını demək olar?
- Əli Kərimli siyasətdə bitmiş adamdır. Bitmiş adamlarınsa itirəcəyi heç nə olmur. Ona görə hər namərdliyə, riyakarlığa, yalana, kələkbazlığa gedirlər, imza atırlar. Üstəlik, belələri daim eyforiyada olurlar, fantaziyalara qapılırlar, hallüsinasiyalar görürlər, zaman-zaman bütün “axırıncı variant”lara əl atırlar. Yəqin həmin “axırıncı variant”lardan biri də internetin və telefonun kəsilməsi ilə bağlı görülən yuxuların təqdimatı və ya sosial şəbəkələr üzərindən ifadə olunan saxta məlumatlardır. AXCP sədri deyir ki, informasiya blokadasındayam. Amma gözünün içinə qədər yalan deyir. Bunu öz ətrafından bir neçə nəfər də təsdiq edib ki, belə şey yoxdur. İnterneti də, telefonu da əvvəlkindən daha yaxşı işləyir. Yaxşı bəs bu uydurmaların səbəbi nədir? Cavab sadədir: “Bekarçılıq!” Məhz bekarçılıq. Əli Kərimli karantin dövründə bekar qaldığı üçün düşünüb ki, xəstə təxəyyülünə yeni çalarlar əlavə eləsin, yeni fantaziyalar yaratsın, özünü şişirtsin. Amma paralel fonda da anlamayıb ki, belə kustar, yabanı, mənasız, yaramaz üsullarla daha da rəzil olur, bitir, gözdən düşür. Feysbuk səhifəsində bütün “admin”lər adamın özüdür. Yazır və guya başqası yazır, bunun səhifəsinə. Eynən “Azadlıq” qəzetində olduğu kimi. Orda da bütün işləri daim özü görüb, Əli Kərimli. Özü-özündən müsahibə alıb, özü öz müsahibəsinə başlıqlar qoyub, özü sual ünvanlayıb, özü cavab verib. Biz zamanında deyəndə ki, bu insan xəstədir, bu adamın elədikləri normal deyil, ona psixiatr müalicəsi lazımdır, hələ şübhə edənlər tapılırdı. Oysa, baxın və görün. Artıq müalicədən də keçib. Vəziyyət dəyişib. Simptomlar artıb. Xəstəlik irəliləyib. Heç şübhə eləmirəm, rəhmətlik Ağabəy Sultanov sağ olsaydı, o belə Əli Kərimlini pasient kimi qəbul eləməzdi ki, gecikmiş mərhələdir.
- Cəmil Həsənli də özünün təbliğatını qurmaq üçün şər və böhtan kampaniyasınından istifadə edir. Sizcə, bu cür metodlarla siyasətdə kiminsə diqqətini cəlb edib, siyasi uğur qazanmaq olarmı?
- Cəmil Həsənli namərdliyin, ikiüzlülüyün əsasnaməsini, kodeksini yazacaq adamdır. O məhz bu istiqamətdə formalaşıb, ixtisaslaşıb. O özü də bilmir ki, nə işə, nə mərama qulluq edir. İndi də oturub Amerikada, qoca yaşında gah bığ çıxarır, gah saç uzadır, gah nağıl danışır, gah da Sevinc Osmanqızının şəninə sağlıqlar, mədhiyyələr deyir. Bu adamın bütün həyatı və siması “podoş” materialı ilə cılalanıb. O siyasətçi deyil, yalquzaqdır. O əsil deyil, dublikatdır, 7-ci sortdur, yabanı, cır məhsuldur, tülkünün insan cildinə girmiş formasıdır. Cəmil Həsənli hər şeyə “most” durub baxır, o hər şeyi tərsinə görür, çəpinə qiymətləndirir, şaquli analiz edir. Çox riyakar adamdır, çox! O qədər çox ki, içi və xisləti çürümə mərhələsindədir. Adam ağlını tamam itirib. Bu səbəbdən hədyanlar yağdırır, nifrinlər püskürür, böhtan kampaniyası aparır. Cəmil elə bir buqələmun, elə bir məddah, elə bir minsifətlidir ki, onun üçün toxunulmaz dəyər yoxdur. O siyasət taciridir, hərrac mütəxəssisidir. Ona görə də belə anti-milli ünsürlərin dediklərini diqqətə almamaq lazımdır. Qoy nə danışır danışsın. Danışdıqca özünü daha da bitirsin. Zatən Cəmil Həsənlinin nə qədər yaramaz adam olduğunu bütün Azərbaycan xalqı bilir. Və nə yaxşı ki, bilir.
- Müxalifət indiki karantin rejimində virtual aksiya keçirmək niyyətindədir. Sizcə bu nə dərəcədə onlar üçün uğurlu bir variant ola bilər?
- Radikal müxalifətin bütün həyatı virtualdır. Onların heç zaman canlı və real həyatla təması olmayıb. İndi də virtual mitinq keçirmək istəyirlərsə buyursunlar. İş yox, güc yox. Nəsə eləməlidirlər hər halda. Qaraguruhun təmsilçiləri haradasa bir-birini tərifləməli, haradasa saxta istehkam qurmalı, haradasa nağıl dünyasının daha böyük dərinliklərinə varmalıdırlar. Ayrıca, ortada gəzən bəzi radikal qıpçaqların “feyk” profilləri də istifadəsiz qalıb. Onları da haradasa realizə etmək, saxta say hesabı ilə imitasiya eləmək, xaricdəki qəyyumlara hesabat vermək lazımdır. Ona görə belə ideya irəli sürüblər. Biabırçı və məzlum ideya. Hansı ki, yarandığı, elan olunduğu gündən fiaskoya məhkumdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB