"Pandemiya ilə bağlı qərarlar hamı üçün eyni və məcburidir" RƏY-ÖZƏL
“Xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın atdığı addımlardan, verdiyi qərarlardan sui-istifadə, yayınma halları olmamalıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
O bidirib k, hər kəs deyilənlərə, qoyulan şərtlərə, tələblərə, qaydalara, gigiyenik normalara bir nəfər kimi və sonunadək əməl, riayət etməlidir: “Ancaq təəssüflər olsun ki, bu, belə deyil, son günlərin statistikası, yoluxma hallarında yenidən artımın olması deməyə əsas verir ki, hələ də bəzi insanlarımız koronavirus bəlasının nələr törədə biləcəyinin fərqində deyillər”.
Onun sözlərinə görə, qaydalara riayət etməmək, məsuliyyətsiz yanaşmaq təkcə bir şəxsin deyil, onlarla insanın həyatı üçün təhlükədir: “Biz qaydaları pozmaqla həm öz, həm də ətrafdakı insanların həyatını risqə atmış oluruq ki, bu, qətiyyən qəbuledilən deyil”.
E.Səlimov vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən pandemiya ilə mübarizə istiqamətində qəbul edilən qərarlar və edilən tövsiyələr hamı üçün eyni və məcburidir.
May ayının allergik xəstəliklərə malik olan şəxslər üçün həssas ay olduğunu deyən deputat söyləyib ki, bu ayda daha məsuliyyətli, daha diqqətli olmaq lazımdır: “Çünki bu cür xəstəliklərə malik insanların koronavirusa yoluxma risqi çox yüksəkdir. Bu baxımdan insanlar xüsusi ehtiyac, zərurət olmadığı halda evdən çıxmamalı, çıxdıqları təqdirdə qaydalara riayət etməlidirlər. Tibbi maskalardan istifadə, sosial məsafəni gözləmək mütləqdir”.
O qeyd edib ki, belə davam edərsə, karantin rejimi həm sərtləşdirilə, həm də uzadıla bilər: "Əgər tezliklə normal həyata qayətmaq istəyiriksə, məsuliyyətli olmalı, verilən qərarlara, tövsiyələrə əməl etməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB