"Ümumiyyətlə Azərbaycanın iştirakı ilə keçirilən bütün beynəlxalq tədbirlər ölkəmizin həqiqətlərini dünyaya çatdırır, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə, mövqeyinin möhkəmlənməsinə səbəb olur. Həmin tədbirlər dövlət başçımızın təşəbbüsü ilə keçiriləndə isə bu artıq Azərbaycanın beynəlxalq aləmdə olan gücündən, mövqeyindən, sözünün eşidilməsindən xəbər verir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
"Bu artıq neçənci beynəlxalq tədbirlərdir ki, Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə keçirilir. Bu onu deməyə əsas verir ki, Azərbaycan təkcə öz problemləri ilə deyil, dünyəvi beynəlxalq problemlərlə də məşğul olur və burada təşəbbüskar rolunda çıxış edir. Bu gün dünyanı narahat edən problemlərin həmin toplantılarda, konfranslarda, müşavirələrdə, görüşlərdə analiz olunması, mövqelərin bildirilməsi, təhlil olunması və s. hamısı bu kimi beynəlxalq tədbirlərdə öz əksini tapır. Hesab edirəm ki, cənab Prezidentimizin təşəbbüsü, rəhbərliyi ilə keçirilən bu tədbir çox yüksək səviyyəlidir və alqışlanmalıdır. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ən böyük təşkilatıdır. Burada Azərbaycanın ədalətli mövqeyi, siyasəti, ərazi bütövlüyü və s. öz əksini tapır. Hesab edirəm ki, biz bununla fəxr etməliyik və alqışlamalıyıq"-deyə, E.Məmmədov fikrini tamamlayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB