DSMF Qəbələ rayon şöbəsinin yeni binasının açılışı olub

DSMF Qəbələ rayon şöbəsinin yeni binasının açılışı olub

Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qəbələ rayon şöbəsi üçün inşa edilən yeni binanın açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasmdə DSMF-nin sədri Səlim Müslümov və rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış ediblər.

S. Müslümov Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışıb. DSMF sədri qeyd edib ki, indiyə qədər Fondun 70-dən yuxarı şöbəsində müasir kompüter infrastrukturu yaradılıb. DSMF-nin bütün şöbələrində maddi-texniki baza və kadr potensialı gücləndirilmiş, bütün işçilər müasir kompüterlər sistemləri ilə təchiz ediliblər. DSMF-nin bütün şöbələri müxtəlif növ proqram təminatı ilə təmin edilmişlər və hazırda əksər işlər kompüter sistemləri vasitəsi ilə aparılır.

Görülən işlərin nəticəsində DSMF-nin serverlərində unikal elektron məlumat bazaları yaradılmışdır ki, bu da DSMF-nin işini keyfiyyətcə daha yüksək səviyyəyə qaldırır. Qarşıdakı dövrdə bu istiqamətdəki vəzifələrin sürətlə yerinə yetirilməsi üçün bütün səylər səfərbər olunacaqdır.

Hazırda mühüm tədbirlərdən olan pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilməkdədir. Bu istiqamətdə həyata keçirilən işlərin mühüm istiqamətlərindən biri də müasir infrastrukturun qurulmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə