Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb

Ombudsman 17 aprel aksiyası ilə bağlı araşdırma aparıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 17 aprel 2011-ci il tarixdə baş vermiş aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə (İQHSM) başçəkmə həyata keçiriblər.


Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, İQHSM-də saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.


Ombudsman Azərbaycan Respublikasının Baş Prokuroruna və daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə