Məlahət İbrahimqızı: “Sabahdan universitetlərin yataqxanalarında yaşayan tələbələrlə görüşlərə start verəcəyik”
Ali məktəblərin yataqxanalarında yaşayan tələbələrlə görüşə start vermişik. Sabahdan universitetlərin yataqxanalarında yaşayan tələbələrlə görüşəcəyik. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, tələbələrin problemləri ilə tanış olacağıq və problemi olan tələbəyə təşkilatımız adından müəyyən müvafiq yardımlar da göstərəcəyik. Millət vəkilinin sözlərinə görə, Azərbaycanda maddi vəziyyəti çətin olan tələbələrimiz yataqxanalarda yaşayırlar. O belə görüşlərin Tibb Universitetinin, Slavyan Universitetinin və başqa universitetlərin tələbələri ilə təşkil olunacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB