“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq mətbuat saatı” keçiriləcək
Ölkənin qaz təsərrüfatının müasirləşdirilməsi, istehlakçıların maarifləndirilməsi istiqamətində "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ardıcıl olaraq həyata keçirilən tədbirlər çərçivəsində aprelin 22-də saat 12:00-dan 13:00-dək İB-də növbəti "açıq mətbuat saatı" keçiriləcək. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, bu dəfə "Azəriqaz" İB-nin Smart tipli sayğacların tətbiqi və nəzarəti şöbəsinin rəisi Fərid Mustafazadə smart tipli sayğacların tətbiqi və idarəetmənin təkmilləşdiriməsi ilə bağlı sualları cavablandıracaqdır.
Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri və istehlakçılar (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq mövzu ilə əlaqədar suallarına cavab ala bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB