“Metsamor” AES-də sızma qeydə alınıb: Türkiyə və Ermənistan təşviş içindədir
Türkiyənin İğdır vilayətindən 30 kilometr uzaqlıqda fəaliyyət göstərən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasında (AES) sızma qeydə alınıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə xəbərlərin mətbuatda yer alması Ermənistan dövlətinin paytaxtı İrəvan və qərb ərazilərində təşvişə səbəb olub. Belə ki, İrəvan şəhərində eyni zamanda Armavir və Eçmiaziyan kəndlərində meydana gələn toz buludlarında radioaktiv maddələrini miqdarı yüksək olduğundan insan orqanizminə mənfi təsir göstərir. Hazırda xəstaxanalara müraciət edənlərin sayı çoxalıb. Müraciət edənlər isə daha çox nəfəsalmadan problemi olanlardır. Artıq yaranan vəziyyətlə bağlı Türkiyə tərəfi həyacan təbili çalır.
Öz növbəsində isə Ermənistan tərəfi bəyanatla çıxış edərək əhaliyə təşvişə düşməməyi tövsiyə edib. Ermənistan Müdafiə Nazirliyinin əməkdaşı Aşot Mardirosyan deyilənlərin heç bir həqiqətə uyğun olmadığını deyib. O, radioaktiv buludların olmasını etiraf etsə də zərərli olması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazirlik nümayəndəsi eyni zamanda Metsamor AES-nin fəaliyyətinə də toxunub: " Hazırda Metsamor AES-si normal işləyir və hər hansı bir şəkildə təhlükəli vəziyyət yaranmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB