"Azərbaycan yenə də dünyanı təəccübləndirdi" Elman Nəsirov

"Azərbaycan yenə də dünyanı təəccübləndirdi" Elman Nəsirov

“Dünən Qoşulmama Hərəkatının videokonfrans şəklində Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış edən Azərbaycan yenə də dünyanı təəccübləndirdi”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Ölkə başçısının təmas qrupunun yaradılması ideyası irəli sürdüyünü deyən deputat söyləyib ki, atılan bu addımlar çərçivəsində Azərbaycanın yeri, mövqeyi daha da möhkəmlənmiş oldu.

E.Nəsirov söyləyib ki, illər keçəndən sonra pandemiya dövrünü yada salanda kimlərin özünü necə aparması məsələsi kifayət qədər aktual olacaq: “Azərbaycan dövlətinin ən kritik məqamlarda özünü böyük dövlət kimi aparmağı bacarması yüksək qiymətləndiriləcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə