Dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz" DEPUTAT

Dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz" DEPUTAT

“Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür”. SİA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə