Sabina Freyzer: “Qarabağ ətrafında yaranan son vəziyyət bizi çox narahat edir”

Sabina Freyzer: “Qarabağ ətrafında yaranan son vəziyyət bizi çox narahat edir”

Azərbaycanla Ermənistan arasında qısamüddətli müharibə mümkün deyil. SİA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının rəhbəri Sabina Freyzer deyib. O bildirib ki, Azərbaycanda qəfil hücumla qələbə qazanacaqlarını, Ağdamı, Füzulini götürəcəklərini düşünürlər: "Hesab edirəm ki, bu, heç vaxt mümkün deyil. Azərbaycanlılar hücuma başlasa, erməni tərəfi də reaksiya verəcək və heç də sadə olmayan bir vəziyyət yaranacaq. Eyni zamanda əminəm ki, müharibə Türkiyəyə də lazım deyil".

 

Ermənistan-Türkiyə münasibətlərinə toxunan S. Freyzer bu sahədə müəyyən tərəqqinin olduğunu söyləyib: "Əlbəttə, sərhədlər hələlik açılmayıb. Lakin ermənilər və türklər dialoq aparır, bir-birini anlamağa çalışır. Bununla yanaşı, prosesin Azərbaycan və Ermənistan tərəfində heç bir irəliləyiş yoxdur. Üstəlik, vəziyyət gərginləşir. Azərbaycan öz mövqeyində dayanıb və israrlıdır, ermənilərə isə yalnız Qarabağın müstəqilliyi lazımdır. Bu zəmində Qarabağ ətrafında yaranan son vəziyyət bizi çox narahat edir".

Bütün xəbərlər Facebook səhifəmizdə