"Aparılan kadr islahatlarının müsbət nəticələri görünməkdədir” RƏY-ÖZƏL
"Dövlət başçısı 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkədə islahatların anonsunu verdi və artıq 2019-cu ildə biz bu islahatların əməli nəticələrini görməyə başladıq". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Azərbaycanda aparılan islahatların maliyyə nəticələri də göz qarşısındadır: "Azərbaycan Rerspublikasının Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən qeyd etdi ki, ötən il büdcəyə proqnozlaşdırılandan daha artıq vəsait daxil olub. Bu, idarəetmənin, strukturlaşmanın şəffaflaşması və yeni yanaşmanın gətirilməsi nəticəsində mümkün olub. Hansı ki, əvvəllər qeyd olunan vəsait və daha artığı şəxsi ciblərə gedirdi".
Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanda post-neft dövrünün başlandığını deyən deputat söyləyib ki, bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı qeyri-neft sektoruna arxalanmalıdır: "Qeyri-neft sektorunun inkişafı həm daxili, həm də xarici investisiyalar hesabına mümkün olur. Azərbaycanda istər xarici, istərsə də daxili investisiyanın, biznesin inkişafında birmənalı olaraq hüquq mühafizə sisteminin rolu danılmazdır. Yəni xarici investr Azərbaycanda ədalətli məhkəmə, hüquq mühafizə orqanları görməsə əlbəttə ki o, investisiya yatırmayacaq. Ötən illərin təcrübəsindən də görünür ki, Azərbaycanda bəzi hüquq mühafizə orqanları neçə-neçə biznes strukturlarını çökdürərək, işinə mane olub. Bütün bunların fonunda təbii ki, köhnə kadrlarla, bu işi görənlərlə yeni çağırış etmək, yeni ishatların dalğasını həyata keçirmək mümkün deyil".
B.Məhhərrəmov qeyd edib ki, cənab Prezidentin 2 il bundan öncə verdiyi anons qətiyyətli şəkildə həyata keçirilir: "Gənc kadrlara, peşəkar insanlara üz tutulmasının da kökündə bu dayanır. Lakin bu, Prezident İlham Əliyevin dediyi kimi yaşlı insanlara hörmətsizlik və ya onların bizim cəmiyyətə lazımsızlığı kimi dəyərləndirilməməlidir. Nümunəvi xidmət göstərən böyüklərin bilik və təcrübəsi bizim üçün əvəzsiz və dəyərlidir. Lakin üstünlük beyin, düşüncə olaraq yenilik tərəfdarı olan şəxslərdədir. Təbii ki, burada müsbət yeniliklərdən, bizə lazım olan dəyərləri yaşadan, inkişafa aparan, rüşvətdən, korrupsiyadan uzaq düşüncəyə sahib olan insanlardan gedir. Bu istiqamətdə müsbət nəticə artıq görsənməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB