Mikael Minsayan Nikol Paşinyanın Artur Vanetsyan vasitəsi ilə göndərdiyi təklifini niyə və necə rədd etdiyini açıqladı
Ermənistanın Vatikanda, Portuqaliyada və Suveren Malta ordenindəki keçmiş səfiri Mikael Minasyan özünün Facebook səhifəsində “Yalanın sonu” silsiləsində və “Mən, Vanetsyan və Paşinyan: rədd olunmuş təklif” başlıqlı canlı video-bağlantısında ölkənin baş naziri Nikol Paşinyanın və Milli Təhlükəsizlik Xidmətinin (MTX) sabiq deirektoru Artur Vatesyanın ifşasını edib.
SİA-nın məlumatına görə, keçmiş səfir ona ünvanlanan çoxsaylı suallara məhz silsilə xarakterli canlı video-bağlantılarla cavab verəcəyini deyib və bildirib ki, onun A.Vanetsyanla 2019-cu ildəki görüşü məhz qarşı tərəfin təşəbbüsü ilə baş tutub.
“Artur Vanetsyan dedi: mən burada MTX direktoru qismindəyəm və Nikol Paşinyanın adından danışmaq səlahiyyətindəyəm”
“Əgər xatirinizdədirsə, A.Vanetsyan bu görüş haqqında bəyan etmişdi ki, bəli, o M.Minasyanla N.Paşinyanın təlimatı əsasında görüşüb. Beləliklə, A.Vanetstan mənə zəng etdi, yeri gəlmişkən, mən A.Vanetsyanı yaxşı tanıyırdım, ancaq onunla heç vaxt yaxın olmamışam, biz heç vaxt dost olmamışıq”, deyə qeyd edən Minasyan əlavə edib ki, Vanetsyan ona zəng edərkən, Romada olması haqqında məlumatlı olduğunu deyib: “Mən artıq iki-üç ay idi ki, səfir deyildim, ancaq Romada yaşayırdım. O dedi: mən səninlə görüşmək istəyirəm. Mənim hansı məsələ ilə bağlı sualıma isə belə o cavab verdi: N.Paşinyanın sənə mesajı var. Mən də dedim ki, çox yaxşı. Biz Romanın mərkəzində yerləşən “De Russie” otelinin kafesində görüşdük. O, özünü təqdim edərək dedi: mən burada MTX direktoru qismindəyəm və N.Paşinyanın adından danışmaq səlahiyyətindəyəm. Mən buyurun, deyə cavab verdim”.
“Sən siyasətdən kənar adama çevrilirsən, Ermənistanın hüdudlarından kənar xoşbəxt həyat yaşayırsan və...”
Minasyan Vanetsyanın təklif səsləndirdiyini bildirib. Həmin təklif isə belə olub: “Sən (Minasyan) hər hansı fonda, ya da dövlət fonduna simvolik məbləğdə pul ödəyirsən və bundan sonra heç vaxt Ermənistana geri dönmürsən, ən uzağı ilk bir neçə ildə. O insanların ki, səninlə bu və digər şəkildə bağlılıqları var, onlar da sənə qulaq asırlar və N.Paşinyana qarşı mübarizələrinə son qoyurlar. Sən siyasətdən kənar adama çevrilirsən, Ermənistanın hüdudlarından kənar xoşbəxt həyat yaşayırsan və danışdığımız kimi, bütün cinayət prosesləri dərhal aradan götürülür, təqiblər də dayandırılır. Söhbət mənim atamdan və dostlarımdan gedir və biz yaxşı dost olmaqla yanaşı, həm də bir-birimizi tanımayan şəxslərə çevrilirik”.
“Heç vaxt səmimi şəkildə məsuliyyətsiz, riyakar, xalqını satan xəyanətkar, təəssüflə əlavə etməliyəm ki, dövlətin düşməni kimi tanıdığım adamlarla razılığa gələ bilməzdim”
Minasyan öz video-bağlantısında qeyd edib ki, N.Paşinyanın təklifini rədd edib və bunun səbəblərini sadalayıb. “Mən sizə nəyə görə N.Paşinyana və A.Vanetsyana rədd cavabı verməyimi izah etmək istəyirəm. Yeri gəlmişkən, A.Vanetsyan qasid rolunu oynayıb”, deyən Minasyan davam edib: “Mən N.Paşinyana ona görə rədd cavabı verdim ki, özümün yaxşı yaşadığım halda, mənim xalqımın və vətənimin belə bir vəziyyətə olmasını özümə bağışlaya bilməzdim. Halbuki mən başqalarından fərqli olaraq həm yazıb, həm də demişəm ki, bizi fəlakət gözləyir. Mən heç vaxt səmimi şəkildə məsuliyyətsiz, riyakar, xalqını satan xəyanətkar, təəssüflə əlavə etməliyəm ki, dövlətin düşməni kimi tanıdığım adamlarla razılığa gələ bilməzdim, inanıram ki, siz də belə fikirdəsiniz”.
“Nikol Paşinyanın təklifini rədd edərkən bilirdim ki, məni nə gözləyir və mən hansı yolları keçməliyəm”
“Bu gün Ermənistanda, erməni xalqı ilə və Ermənistan ətrafında nələr baş verirsə, bu sadəcə dövlət satqınçılığıdır, mənim başqa sözüm də yoxdur”, deyən Minsyan əlavə edib: “Bəs mən xoşbəxt və yaxşı yaşaya bilərdimmi? Sözsüz ki, hə. Mən bunu edə bilərdim və edə bilərəm də. 2018-ci ilin noyabrında mən Fövqəladə və Səlahiyyətli səfir postunu tərk edəndən sonra beynəlxalq strukturlardan, şirkətlərdən və özəl şirkətlərdən, həmçinin digər ölkə hökumətlərindən çoxsaylı iş təklifləri aldım, ancaq həmin təkliflərdən imtina etdim. Pna görə imtina etdim ki, mən dövlətimin və xalqımın necə məhv olmasına seyirci qala bilməzdim. Mən N.Paşinyanın təklifini rədd edərkən bilirdim ki, məni nə gözləyir və mən hansı yolları keçməliyəm. Mən öz yoluma mehmanxanadan başladım – N.Paşinyana rədd cavabını çatdırarkən. Bilirdim ki, mənə qarşı cinayət işlərinin sayı artırılacaq. Ancaq mən inanıram və bilirdim ki, heç nə tapa bilməyəcəklər, çünki heç nə yoxdur”.
“Mənimlə bəlkə də 15 il əvvəl görüşən, danışan insanları sorğuya çəkirdilər. İndi də həmin situasiyadır”
Keçmiş səfir həmçinin bildirin ki, inqilabdan iki il sonra bütün güc strukturları iliyinə qədər onun fəaliyyəti barədə araşdırmalar aparıblar.
“Mənimlə bəlkə də 15 il əvvəl görüşən, danışan insanları sorğuya çəkirdilər. İndi də həmin situasiyadır. Baxmayaraq ki, dövlət başçısı, baş nazir Nikol Paşinyan bəyan edir ki, mən strateji obyektləri özəlləşdirmişəm, milyardlar oğurlamışam və s... təkrar edirəm hər hansı talan, oğurluq haqqında bir dənə də olsun fakt yoxdur ki, bunu mənə sübut etsinlər, bunu siz də yaxşı bilirsiniz. Mən sizin gözünüzün içinə baxaraq dəqiq demək istəyirəm ki, heç vaxt oğurluq etməmişəm və əlimi Ermənistan respublikasının büdcəsinə əlimi dürtməmişəm. Mən, məni utandıracaq heç nə etməmişəm. Daha çox əlavə etmək istəyirəm ki, mən burada rəhbərlik etmək, lider olmaq üçün deyiləm...”
“İnsanların problemləri ilə məşğul olmaq, onların köməyinə çatmaq, dəstəkləmək yerinə repressiyalarla və klounada ilə məşğuldur”
“Bilirəm ki, bugünkü rəhbərlik bunu anlamır”, deyən sabiq səfir bildirib ki, ölkə rəhbərliyi oyunbazlıqlarla məşğuldur: “Bütün dövlət aparatı insanların problemləri ilə məşğul olmaq, onların köməyinə çatmaq, dəstəkləmək yerinə repressiyalarla və klounada ilə məşğuldur, hər biri. Yerdə qalan insanlara isə nə olursa-olsun. İşığı kəsirlər, eybi yoxdur, zəng edəcəyik, şoular təşkil edib, layvlar göstərəcəyik. Zəng edib deyəcəyik ki, siz yaxşı yaşayırsınız, sadəcə bunu bilmirsiniz, yox pis yaşayırsınızsa, artıq bunun günahkarlarının kimlər olduğunu özünüz bilirsiniz...
Və sonda, mən hüquq-mühafizə orqanları və prokurorluq sistemində çalışanlara müraciət edirəm. Hər şey qeydə alınır və mən sizdən xahiş edirəm, inanın ki, siz mühakimə olunarkən deyə bilməyəcəksiniz ki, əmrləri icra edirdiniz”.
Qeyd edək ki, M.Minsyanın video-bağlantıları silsilə xarakterli olduğu üçün, onun N.Paçunyan hökumətini ifşa edən növbəti fikirlərini də diqqətə çatdıracağıq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB