Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"a uyğun olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qoruq ərazisində yerləşən abidələrdə və tarixi binalarda bərpa və konservasiya işləri həyata keçirilir.
İdarədən SİA-ya verilən xəbərə görə, A.Zeynallı küçəsi, 69 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsı olan Məktəb-Məsciddə qabaqcıl texnologiyaların köməyi ilə yerli mütəxəssislər tərəfindən aparılmış bərpa işləri artıq başa çatıb. Abidənin günbəzindəki çatlar aradan qaldırılaraq dam hissəsi möhkəmləndirilmiş, daxilində təmir-bərpa işləri aparılmış, fasadı tarixi görkəminə qaytarılıb.
Məktəb-Məscid 1646-cı ildə II Şah Abbasın yaxın adamı İmam Qulu tərəfindən tikilmiş və dini təhsil ocağı kimi fəaliyyət göstərib. Tələbələr bu məktəbdə orta dini təhsil alır və daha sonra ali təhsillərini mədrəsələrdə davam etdirirdilər. Ehtimal olunur ki, abidə daha qədim tikili üzərində inşa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB