Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri: “Özəl şirkətlərin çoxunda həmkarlar təşkilatları yoxdur”
"Özəl şirkətlərin çoxunda həmkarlar təşkilatları yoxdur. Xarici təşkilatlarda həmkarlar təşkilatları yaranır, amma böyük qurumlarda həmkarlar təşkilatlarının yaranması problemə çevrilib". SİA-nın məlumatına görə, bunu Respublika Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. O, qeyd edib ki, bu problemi yaradan işəgötürənlərdir: "Belə təşkilatlardan, o cümlədən BP-dən bizə müraciət edənlər olub. BP ilə uzun müddətdir ki, danışıqlar aparılır. Həmin işçilər işlədikləri müəssisələrin həmkarlar ittifaqının yaradılmasını istəyirlər, amma biz "yaradaq" deyəndə işçilər "müəssisənin rəhbəri bilsə, bizi işdən qovacaq" deyə cavab verir".
S. Mehbalıyevin sözlərinə görə, işçilər öz hüquqlarını müdafiə etməyə qorxurlar, buna görə də işəgötürən işçiləri ilə istədiyi kimi davranır: "Azərbaycan vətəndaşları fəal olmalıdır. Qanunda da yazılıb ki, həmkarlar təşkilatının üzvünü həmkarlar təşkilatının razılığı olmadan heç kim işdən çıxara bilməz. Onu da qeyd edim ki, bizə edilən müraciətlərin 85-90 faizi öz həllini tapıb".
S. Mehbalıyev həmçinin vurğulayıb ki, hər il Azərbaycandakı Həmkarlar İttifaqlarına 160 mindən artıq ərizə və şikayətlər daxil olur: "Bunlar işdən qanunsuz çıxarılma, pensiyaların düzgün hesablanmaması, əməyə görə dəymiş zərərin düzgün ödənilməməsi və s. ilə bağlıdır. Bizə müraciət edən 200-dən artıq işçi işə bərpa olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB