"Korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdən biridir" ÖZƏL-MÜNASİBƏT

"Korrupsiyaya qarşı mübarizə prioritet istiqamətlərdən biridir" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə korrupsiyaya qarşı mübarizə hər zaman dövlət siyasətimizin prioritet sahələrindən biridir. Cənab Prezidentimiz tərəfindən hər zaman neqativ halların aradan qaldırılması, korrupsiyanın qarşısının alınması məqsədilə çox vacib addımların atılması həyata keçirilib". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə aparılan islahatlar, struktur, kadr dəyişiklikləri bütün inkişaf templəri ilə bərabər korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da böyük yer alır: "Təbii ki, dövlət başçısı tərəfindən bir neçə dəfə məmurlara xəbərdarlıq olunmuşdu. Cənab Prezident hər zaman vurğulamışdır ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də , korrupsiya, rüşvətxorluğun qarşısı amansızcasına alınmalıdır. Bu günlərdə Prezident İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda da bir daha mesaj və tapşırıq vermişdir ki, bu sahədə ciddi işlər aparmaq lazımdır. Amma təəssüf ki, belə hallar davam edir. Xüsusilə atəminatlı ailələrə verilən yardımların və onlara ödənilən vəsaitlərin kartlar vasitəsilə mənimsənilməsi halları üzə çıxdı. Dövlət Təhlükəsizliyi Xidməti, daxili işlər orqanları tərəfindən çox uğurlu tədbirlər həyata keçirildi. Təbii ki, bundan sonra da bu addımların qarşısı qətiyyətlə alınacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə