“Səhnədə "təmizləmə əməliyyatı" may ayında da davam edəcək. Beləliklə, daxili siyasi proseslərdə kifayət qədər dinamik həftəni başa vurduq”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
“May ayı ərzində ölkədə siyasi islahatların davamını görəcəyik. Koronavirus institusional və kadr islahatlarını bir qədər ləngitsə də, eyni zamanda dövlət idarəetməsində müsbət və mənfi məqamları da üzə çıxardı. Biz bir daha gördük ki, Milli Məclisdə də danışmaq və analiz etmək qabiliyyətinə malik çox az sayda millət vəkili var. Biz bir daha gördük ki, bəzi məmurlar nə qədər qeyri-işləkdirlər ( qeyri -funksional). Yəqin ki, yaxın vaxtlarda bir komitə və bir nazirlikdə dəyişikliklərin şahidi olacayıq.
Eyni zamanda, biz bir daha gördük ki, ölkədə kifayət qədər öz işinin öhdəsindən gələ bilən məmurlar var, hansılar üçün dövlət və vətən hər şeydən üstündür. Biz bir daha əmin olduq ki, vətəndaş cəmiyyətindən tutmuş, KİV -lərinə qədər, təmizlənilməsi kifayət qədər şəxslər var. 100 il əvvəl baş verənlər bizə dərs olmalıdır. Biz Prezidentimizin ətrafında daha sıx birləşməli, aparılan islahatlarda Ona dəstək olmalıyıq”-deyə, Z.Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB