"İqtisadi islahatların nəticələri göz önündədir" ÖZƏL-MÜNASİBƏT

"İqtisadi islahatların nəticələri göz önündədir" ÖZƏL-MÜNASİBƏT

“Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”. Bu sözləri ifadə edən Prezident İlham Əliyev ölkəmizdə aparılan geniş islahatların müəllifidir.

Millət vəkili Azər Badamov SİA-ya açıqlamasında deyib ki, dünyanın hansı ölkəsində islahatlara önəm verilirsə, o ölkə inkişaf və tərəqqi yolundadır: “Təbii ki, islahatlar həyatın hər bir istiqamətində öz əksini tapmalıdır. 2018-ci ildə yenidən Prezident seçilən İlham Əliyev öz andiçmə mərasimində Azərbaycanın yeni bir dönəmə qədəm qoyduğunu qeyd etmişdi. Bu, islahatlar dönəmi idi. Bu illər ərzində aparılan islahatlar dalğası instisional, struktur olmaqla hakimiyyətin hər üç qolunda öz əksini tapmaqdadır. Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis yenidən formalaşdı. İndi isə məhkəmə-hüquq sistemində islahatlara start verilmişdir. Ölkə başçısının yeni Baş Prokrura tapşırığı da bu sistemdə islahatlara ehtiyac olduğunu və yeni Baş Prokrurun rəhbərliyi altında savadlı, vətəni sevən insanları cəlb etməklə bu sistemdə qanunun aliliyi təmin olunmasında uğur qazanacağını qeyd etdi. İqtisadiyyatda aparılan islahatların nəticələri göz önündədir.

2019-cu ildə vergi və gömrük orqanlarından dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard manat vəsaitin daxil olması islahatların uğurudur. Kənd təsərrüfatın inkişafında illik artımın 7%-i keçməsi də həyata keçirilən islahatlar nəticəsində əldə olunmuşdur. Cənab Prezident dəfələrlə qeyd etdiyi kimi islahatların alternativi yoxdur. Hansı sahədə islahat aparılır orda tərəqqi və inkişaf var. İslahatların məqsədi ölkədə şəfaf, korropsiyadan uzaq ədalətli dövlət idarə etmə sisteminin qurulmasıdır. Düşünürəm ki, əldə olunmuş nəticələr bizim dügün yolda olduğumuzu və hədəfə yaxın olduğumuzu göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə