Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas müstəqilliklərini elan edəcəkləri halda 150-yə yaxın ölkənin onları tanıyacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, M.Abbas İsrailin müvəqqəti sərhəd düsturunu da qəbul etmədiklərini dilə gətirib. O, ABŞ prezidenti Barak Obamanın müəyyən etdiyi çərçivədə sentyabr ayında müstəqilliklərini elan edəcəklərini qeyd edib.
Hal-hazırda 1967-ci il sərhədləri daxilində qurulacaq müstəqil Fələstin dövlətinin 130 ölkə tərəfindən tanınmasının dəqiq olduğunu söyləyən Abbas bildirib ki, İngiltərə və Fransa kimi keçmişdə müstəqil Fələstin dövlətini tanımayan ölkələr də müstəqilliklərini tanıyacaq. Bir neçə gün bundan əvvəl "Los Angeles Times" qəzeti İsrail ilə Fələstin arasındakı sülh danışıqların yenidən başlamayacağı halda BMT, Avropa Birliyi, ABŞ və Rusiyadan ibarət Orta Şərq dördlüyünün müstəqil Fələstin dövlətini tanıyacaqları barədə xəbərdarlıq etdiyini yazmışdı.
Qeyd edək ki, Fələstin rəhbərliyi həddindən artıq sağçı koalisiyaya liderlik edən baş nazir Benyamin Netanyahunun sülhlə bağlı yol xəritəsini tezliklə ortaya qoymasının lazım olduğunu, əks halda sentyabr ayında BMT Təhlükəsizlik Şurasına gedərək müstəqilliklərini elan edəcəyi xəbərdarlığını edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB