Növbəti plenar iclasın GÜNDƏLİYİ

Növbəti plenar iclasın GÜNDƏLİYİ
Milli Məclisin mayın 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu SİA-ya açıqlamasında bildirib ki, plenar iclasın gündəliyinə 11 məsələ daxil edilib. İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında", "Bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında", "Dövlət rüsumu haqqında", Vergi Məcəlləsinə və s qanunlara dəyişiklik layihələri müzakirəyə çıxarılacaq.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə