Yaponiya höküməti “Fikusima-1”AES-in 20 kilometrliyinə yaxınlaşmağı qadağan edib
Yapon hakimiyyəti "Fikusima-1" Atom Elektrik Stansiyasının 20 kilometr yaxınlığına daxil olmağı qadağan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis tərəfindən 60 ailənin stansiyanın 20 kilometr yaxınlığında radius ərazisində yaşadığı aşkar olunandan sonra hökümət belə bir qərar qəbul edib. Onlar əmri yerinə yetirməkdən, evlərini tərk etməkdən imtina ediblər.
"Stansiyada vəziyyət stabil deyil"- bu barədə Yaponiyanın baş katibi Yukio Edano qərarı şərh edərkən deyib. O stansiyanın 20 kilometr yaxınlığından köçürülən insanları evlərinə ziyarət etməməyə, özlərini təhlükəyə atmamağa çağırıb. Yukio Edano bildirib ki, "Fikusima-1" Atom Elektrik Stansiyasının 20 kilometr yaxınlığında yaşayan insanlara öz evlərinə qayıdıb əşyalarını yığmaq üçün iki saat vaxt veriləcək. O vurğulayıb ki, əşyaları yığmaq üçün hər evdən yalnız bir nəfərə icazə veriləcək.
Yaponiya hökümətinin rəsmi nümayəndəsi həmçinin onu da bildirib ki, 20 kilometrdən kənarda yaşayan sakinlər də yaxın günlərdə köçürüləcəklər: "Hazırda stansiyanın 20-30 kilometrliyində yaşayan insanlara o əraziyə gəlməmək, imkan daxilində daha təhlükəsiz yerlərə köçmək tövsiyə olunur".
Qeyd edək ki, əvəllər stansiyanın 30 kilometr yaxınlığında 48 min ailənin yaşadığı bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB