"Xalqı, dövləti düşünməyən məmurlara qarşı tədbirlər görüləcək" ÖZƏL-MÜNASİBƏT
“Dünən Prezident İlham Əliyev yeni Baş prokuror ilə videokonfrans vasitəsilə görüşündə bir sıra vacib məqamlara toxunaraq ictimaiyyətə, məmurlara anonslar da verdi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Azərbaycanda son zamanlar həyata keçirilən islahatlar göz qabağındadır: “Uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur yanaşması bir müddət sonra tamamilə tarixin arxivinə gedəcək. 30 il ərzində dövlətin ayrı-ayrı strukturlarında oturuşmuş məmurlar tədricən kresloları ilə, onlara nə qədər ağır olsa da vidalaşmaqdadırlar. Dövlətimiz yeni idarəçilik epoxasına qədəm qoyur. Güclü qalmaq, çağdaş modernləşən dünyadakı iqtisadi proseslərdən geridə qalmamaq üçün mütləq şəkildə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirmək, məmur özbaşnalığına və süründürməçiliyinə son qoymaq lazımdır.
Dünən, Prezident İlham Əliyev bir daha, bu dəfə, daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi. İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını və dövlətini düşünməyən məmurlara qarşı tədbirlər görüləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB