Milli Məclisin üzvü Belarusa səfər edəcək

Milli Məclisin üzvü Belarusa səfər edəcək
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Belarusun paytaxtı Minskdə səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkili səfər zamanı belaruslu həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin qanunvericilik orqanlarındakı dostluq qruplarının fəaliyyəti barədə fikir mübadiləsi aparacaq.
Qeyd edək ki, səfər aprelin 25-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə