"Azərbaycan dövləti bu cür məmurlardan xilas olunmalıdır" ÖZƏL-MÜNASİBƏT
"Ümummiyyətlə cənab Prezident İlham Əliyevin atdığı bütün addımlar onun strategiyasının əsas tərkib hissəsidir. Məmurlar öz məsuliyyətini dərk etməlidirlər". Bunu SİA-ya millət vəkili Asim Mollazadə deyib.
Depuatın sözlərinə görə, ölkə başçısı dəfələrlə deyib ki, məmurların əsas vəzifəsi xalqın xidmətində olmaq, xalq üçün işləmək və dövlətin siyasətini həyata keçirməkdir: "Prezidentin atdığı addımlarla məmurların harınlamasına, xalqdan üz döndərib öz ciblərini doldurmasına və xalqın, dövlətin malını, pulunu mənimsəməsinə son qoyulur. Əminəm ki, bu istiqamətdə addımlar bundan sonra da davam etdiriləcək və Azərbaycan dövlətinin bütün strukturlarında zəruri islahatlar davam edəcək. İslahatlar qaçılmazdır və mütləq davamlı olunmalıdır. Hər bir addım Azərbaycan dövlətinin güclənməsinə, ölkəmizin müasir, müstəqil, demokratik dövlətə çevrilməsinə xidmət edir. Bəzi məmurların ağlı ancaq oğurluğa çatır. Siz özünüz də görürsünüz ki, onlar hansı kobud səhvlərə və çirkin işlərə əl atırlar. Artıq vaxt gəlib ki, Azərbaycan dövləti bu cür məmurlardan xilas olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB