NATO-da Liviyadakı müxalifətə dəstək olmaq məsələsində yeni nəzər ziddiyyətləri ortaya çıxıb

NATO-da Liviyadakı müxalifətə dəstək olmaq məsələsində yeni nəzər ziddiyyətləri ortaya çıxıb

Liviyada döyüşlər davam etdiyi bir vaxtda, NATO-da müxalifətə dəstək olmaq məsələsində yeni nəzər ziddiyyətləri ortaya çıxıb.

SİA-nın xəbərinə görə, İngiltərə Xarici İşlər Naziri Vilyam Heyg, müxalifətə dəstək üçün 20-yə yaxın xüsusi təlim keçmiş əsgəri Binqaziyə göndərəcəklərini açıqlayıb.

Fransa Xarici İşlər Naziri Alan Jupe isə, Liviyaya əsgər göndərməyin gündəmlərində olmadığını deyib.

Ancaq daha sonra Fransa baş naziri Fransua Fiyon mətbuata açıqlamasında dinc əhalini qorumaq məksədilə ölkəsinin hava hücumlarını sürətləndirəcəyini açıqlayıb.

Yeri gəlmişkən Rusiya xarici işlər naziri Sergey Lavrov, NATO-nun Qəddafi rejimini devirməyə çalışmasıyla BMT-nin qərarlarını pozduğunu bildirib.

Lavrov müdaxiləyə sadəcə dinc əhalini qorumaq üçün icazə verildiyini deyib.

Bu arada, NATO komandanları, Qəddafiyə sadiq qüvvələrin Misratayı bombalamasının qarşısını ala bilmədiklərini qəbul ediblər.

Qəddafi ordusu ilə müxaliflərin döyüşünün nəticələrini isə Liviya müxalifətinin liderləri ilə telefonla əlaqə saxlayan İtaliya Xarici İşlər Naziri Franko Frattini açıqlayıb.

Frattini Liviyadakı qarşudurmalarda 10 mindən artıq insanın öldüyünü, 55 mininin isə yaralandığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə