Prezidentin ehtiyat fondundan Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün iki milyon manat vəsait ayrılıb
Azərbaycan Prezidenti Bakı şəhər Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, Səbail rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB