Ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qəbul edib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş zamanı Kəmaləddin Heydərov nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat verib.
Həmçinin qonaq nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB